Вернуться назад Распечатать

Pulu olan "Zəhra"ya, olmayan qəbirstanlığa? – Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində nə baş verir?-VİDEO

 "Cəlilabad səhiyyəsi alverçilərin  əlindədir!" — Ölkə rəhbərliyinə ŞOK MÜRACİƏT 
Cəlilabad rayonunda səhiyyə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Müalicə-Diaqnostika Mərkəzinə yeni təyin olunan rəhbərliyin fəaliyyətsizliyi sakinləri cana yığıb. Rayon sakini Bəhruz Əliyev birbaşa ölkə rəhbərliyinə çağırış edərək, dövlət xəstəxanasının mafioz qruplaşmalar tərəfindən idarə olunduğunu idarə edir. Sakinlər dövlətin Diaqnostika Mərkəzi ilə özəl "Zəhra" klinikası arasında girinc qalıb. Bəs TƏBİB və aidiyyəti qurumlar bu rəzalətə niyə göz yumur?