Вернуться назад Распечатать

Prezident general-mayoru İŞDƏN ÇIXARDI — Penitensiar Xidmətə yeni rəis təyin edildi-VİDEO

 Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ədliyyə sistemində mühüm kadr dəyişikliyi baş verib. Penitensiar xidmətin rəisi general-major Mirsaleh Seyidov vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə bu strateji posta Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Sahib Rzayev gətirilib. Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi postuna təyin olunan Sahib Rzayevin tərcümeyi-halı və bu mühüm yerdəyişmənin təfərrüatları hazırladığımız xüsusi süjetdə.