Вернуться назад Распечатать

Qəbələdə 17.5 milyon kubmetrlik nəhəng layihə-VİDEO

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi media nümayəndələri üçün Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisinə və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinə mediatur təşkil edib. 20 media qurumunun iştirak etdiyi turda layihənin kənd təsərrüfatı üçün mühüm əhəmiyyəti diqqətə çatdırılıb. Ümumi həcmi 17,5 milyon kubmetr olan nəhəng su anbarının istifadəyə verilməsi ilə rayonda 10 min hektar kənd təsərrüfatı sahəsinin su təminatı əsaslı şəkildə yaxşılaşacaq. Tikinti meydançasından ən son görüntülər və strateji layihənin detalları reportajımızda.