Вернуться назад Распечатать

YENGİCƏ SU ANBARI KƏND TƏSƏRRÜFATINA HANSI TÖHFƏLƏRİ VERƏCƏK?-VİDEO

 Qəbələdə Yengicə su anbarının istifadəyə verilməsi kənd təsərrüfatının inkişafına, suvarma imkanlarının genişlənməsinə və fermerlərin su təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

17,5 milyon kubmetr su tutumuna malik olacaq anbar vasitəsilə 10 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması, o cümlədən 6 612 hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur.

Bu, təkcə suvarma infrastrukturunun yenilənməsi deyil, həm də məhsuldarlığın artırılması, fermerlərin imkanlarının genişləndirilməsi və regionun aqrar potensialının gücləndirilməsi deməkdir.

Suya yatırılan sərmayə torpağa, məhsula və ölkənin ərzaq təhlükəsizliyinə yatırılan sərmayədir!