Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk dünyasının iki böyük dühasına həsr olunmuş mühüm beynəlxalq elmi tədbir baş tutub. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı — Türk dünyasının mənəvi həyatında” adlı beynəlxalq elmi-praktik konfransa Azərbaycanın tanınmış ictimai xadimi, şairə-sahibkar Xuraman Muradova damğasını vurub.
Tədbirə fəxri qonaq və əsas məruzəçi qismində qatılan Türk Dünyası Qadın Şairlər Birliyinin sədri, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının və Oxford Akademiyasının fəxri professoru, "VİP Milan" Hospitalın rəhbəri, həmçinin Azərbaycan, Türkiyə Yazıçılar birliklərinin üzvü və Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü Xuraman Muradova beynəlxalq kürsüdən etdiyi çıxışla böyük rəğbət qazanıb