Вернуться назад Распечатать

Xuraman Muradova Özbəkistanın Əlişir Nəvai medalı ilə təltif olunub-VİDEO

  Azərbaycanlı şair və publisist Xuraman Muradova Özbəkistanın ali ədəbi mükafatı — beynəlxalq Əlişir Nəvai medalı ilə təltif olunub. Fərqanə Dövlət Universitetinin Elmi Şurası tərəfindən verilən bu mükafat qələm sahibinin Türk dünyasının ədəbi-mədəni inteqrasiyasına verdiyi töhfələrə görə təqdim edilib.