Вернуться назад Распечатать

NAZİRLİYİN ŞTAT OYUNU İFŞA OLUNDU! — CƏLİLABAD MEŞƏLƏRİNİ KİMLƏR VƏ HANSI QİYMƏTƏ SATIR?-VİDEO

 Cəlilabad meşələrində dəhşətli ekoloji terror! Hər gün yüzlərlə ağacın kütləvi şəkildə qırılaraq yox edildiyi iddia olunan Buravar və Qəriblər meşələrindən həyəcan təbili çalınır. Ortaya çıxan şok faktlar isə sadəcə qanun pozuntusu deyil, sistemli bir talançılıq fırıldağını ifşa edir: Dövlətin meşəsini qorumalı olan gözətçi sən demə xidmət yerindən tam 100 kilometr uzaqda yaşayır və meşə tamamilə başlı-başına buraxılıb! Ramik Əşrəfovun rəhbərlik etdiyi Meşələrin İnkişafı Xidməti bu rezalətə niyə göz yumur? Ağacları kimlər baltalayır, dövlət sərvəti kimlərin cibinə axır?