Вернуться назад Распечатать

Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi-VİDEO

 Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks biznesini milyon dollara satmaq təklifini qəbul etməyib.
1xeber.media xəbər verir ki, Səfiyə Möhbəliyeva bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
Əli Həsənovun qızı Dubayda fəaliyyət göstərən lüks təkrar satış platforması – “Gemaee” şirkətinin təsisçisi və rəhbəridir. O, şirkətini satmaq üçün 7 rəqəmli təklifdən imtina etdiyini bildirib.