Вернуться назад Распечатать

Torpağa əkilən ümid, səhnədə canlanan qəhrəmanlıq – Lənkəranda Zəfər Günü-VİDEO

 
 Noyabrın 6-da Lənkəran şəhər Heydər Əliyev prospektində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd əlamətdar günün mənəvi əhəmiyyətini vurğulamaq, ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərin yaşıllıq sahələrini genişləndirmək və ekoloji tarazlığın qorunmasına diqqəti artırmaq olub.