Вернуться назад Распечатать

Şərqi Zəngəzurun qida sənayesinə 70 milyonluq töhfə:300 nəfərlik içki zavodu açıldı-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Ümumi dəyəri 70 milyon manat olan və illik 150 min ton istehsal gücünə malik zavodda 300 nəfər daimi işlə təmin olunacaq.