Bəzi tarixlər mürəkkəblə deyil, igidlərin qanı ilə yazılır. 8 Noyabr — məhz belə bir gündür. Bu zəfərin arxasında adsız qəhrəmanların, son nəfəsinədək irəli atılan oğulların şücaəti dayanır. Onlar "Vətən sağ olsun" deyib ölümsüzlüyə ucaldılar ki, bu torpaq bir daha yağı tapdağında qalmasın. Hər qarış torpaqda onların izi, hər azad nəfəsdə onların haqqı var. Bu gün biz başıuca, qürurlu bir xalqıqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizin fədakarlığına borcluyuq. Sizin yazdığınız bu şanlı dastan əsrlər boyu nəsildən-nəslə ötürüləcək. Ruhunuz şad olsun, qəhrəmanlar! Zəfərimiz əbədi olsun!