Вернуться назад Распечатать

Bir Millət, Bir Bədən: "Dəmir Yumruq"-VİDEO

 Biz çox bəxtiyar nəslik. Çünki tarixin ən böyük ədalətsizliyinin bitdiyinə və böyük bir xalqın yenidən doğulduğuna öz gözlərimizlə şahidlik etdik. İllər boyu böyüklərimizdən Qarabağ xatirələrini, Şuşanın gözəlliyini nağıl kimi dinləyirdik. Bu gün isə o torpaqlar artıq nağıl deyil, real doğma evimizdir.
Mənim üçün Zəfər Günü – sadəcə qazanılmış hərbi uğur demək deyil. Bu gün həm də Azərbaycan insanının daxili sarsılmaz birliyinin, "Dəmir Yumruq" ətrafında necə bir bədən ola biləcəyinin sübutudur.
İndi bizim üzərimizə düşən tək bir vəzifə var: qanla qazanılan bu qələbəni gələcək nəsillərə qürurla ötürmək və bu torpaqları daha da çiçəkləndirmək. Bayramımız mübarək olsun!