Вернуться назад Распечатать

Daşınma xərclərinə son: Azad olunmuş ərazilərin tikinti materialları artıq Ağdamda istehsal olunacaq-VİDEO

 Qarabağın yenidən qurulmasına böyük töhfə: Ağdamda 24.9 milyon manatlıq nəhəng metal zavodu açıldı!

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında “ASMC” MMC-nin metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İtaliya, Almaniya, Türkiyə və Çinin ən müasir texnologiyaları ilə təchiz olunmuş bu nəhəng zavod azad olunmuş ərazilərdəki bütün tikinti layihələrini birbaşa yerindən polad həsir, mismar və armaturla təmin edəcək. Bu layihə daşınma xərclərini necə azaldacaq və müəssisədə neçə nəfər daimi işlə təmin olunacaq?