Minalardan təmizlənən torpaqlarda möcüzə: Ağdamda 700 mindən çox zeytun ağacı əkildi-VİDEO
Minalanmış sahələrdən 1150 hektarlıq nəhəng zeytun vadisinə: Ağdamda 700 mindən çox ağac əkildi!
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan müasir şəraitlə tanış olub. İşğaldan azad edildikdən dərhal sonra minalardan təmizlənən və aqrar dövriyyəyə buraxılan bu nəhəng ərazidə ildə 10 min ton zeytun istehsalı planlaşdırılır. Layihə çərçivəsində tətbiq olunan ən son damcı suvarma texnologiyaları, yeni çəkilən yollar və bu bağların Avropaya ixrac potensialı...