"Qarabağ Azərbaycandır!" — İlham Əliyevdən təsirli çarx-VİDEO
Prezident İlham Əliyevdən İkinci Qarabağ müharibəsinə dair möhtəşəm paylaşım: "Qarabağ Azərbaycandır!"
Dövlət başçısının rəsmi sosial şəbəkə hesablarında Vətən müharibəsinin ən şanlı və unudulmaz döyüş kadrlarını əks etdirən xüsusi videoçarx yayımlanıb. Qısa müddətdə böyük izləyici kütləsinin rəğbətini qazanan bu qürurverici paylaşıma beynəlxalq miqyaslı tarixi bir şüar da əlavə olunub: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"