Вернуться назад Распечатать

Naxçıvanlı çobandan Kənd Təsərrüfatı Nazirinə "heyvandarlıq dərsi": "Bakının isti kabinetindən kənd idarə olunmaz!"-VİDEO

  Ağzında "Kənd Təsərrüfatı Naziri" deyirsən... Amma kənddən çox, Bakının mərkəzindəki isti kabinetlərdə görünürsən. Nazirliyin heyvandarlara, qoyun saxlayan fermerlərə təklif etdiyi yeni subsidiyalar və "hər tona 2000 manat" kimi kağız üzərindəki layihələr sahədəki real vəziyyətlə üst-üstə düşmür. Budur, Naxçıvandan ucalan bir çobanın səsi Bakıdakı rəsmilərə əsl heyvandarlıq dərsi keçir!




 Çobanın nazirə keçdiyi bu dərs əslində minlərlə fermerin ortaq ağrısıdır. Bu gün ət bazarda od tutub yanırsa, problemin həlli Bakıda memorandum imzalamaqla yox, bölgələrdə qapı-qapı gəzməklə tapılmalıdır. İctimaiyyətin və kəndlinin nazirlikdən tələbi birmənalıdır: Kənd Təsərrüfatı Nazirinin paytaxtda nə işi var? Nazir bölgələrdə, kəndlərdə olmalı, çobanla çay içib, fermerin dərdiylə yerindəcə maraqlanmalıdır!

Kabinetdən idarə olunan aqrar sektor elə kağız üzərində də inkişaf edə bilər, amma süfrəmizdəki ət ucuzlaşmayacaq. Çünki kənd təsərrüfatı Bakının asfalt yollarında yox, rayonların palçıqlı kənd yollarında başlayır. Naxçıvanlı çobanın bu sərt xəbərdarlığından sonra nazirliyin bölgələrə üz tutub-tutmayacağını isə zaman göstərəcək.