Вернуться назад Распечатать

General Natiq Əliyevin qızı saxlanıldı-VİDEO

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.

1xeber.media  "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.

İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.