Вернуться назад Распечатать

Azərbaycan və Ukrayna prezidentlərinin Dublin görüşü-VİDEO

“Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdə olan Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Görüşdə humanitar yardım, iqtisadi-ticari əlaqələrin inkişafı, qarşılıqlı səfərlər və Azərbaycanın Qarabağdakı bərpa-quruculuq təcrübəsi müzakirə olunub.