Paytaxtın Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov 26 ünvanında aparılan tikinti işləri sakinləri cana yığıb. Binanın ətrafının qazılması, uşaq meydançasının zəbt olunması və səs-küy vətəndaşların haqlı etirazına səbəb olub. İddialara görə, tikinti sahibi İcra Hakimiyyətində işləyən qardaşına arxalanaraq özünü toxunulmaz hesab edir.