İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında jurnalistlərin suallarını cavablandıran Moldova Prezidenti Maya Sandu Azərbaycanla enerji təhlükəsizliyi, siyasi və iqtisadi əlaqələri müzakirə etmək istədiklərini bildirib. O, enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycanla dialoqa ümid bəslədiklərini və sülhə aparan bütün addımları alqışladıqlarını vurğulayıb.