İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının ilk günü Azərbaycan diplomatiyası üçün olduqca məhsuldar olub. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində 10-a yaxın ölkə və təşkilat rəhbəri ilə ikitərəfli görüşlər keçirib, eyni zamanda Azərbaycan nümayəndə heyətinin kuluarlardakı təmasları diqqət çəkib. Zirvə toplantısının ilk gününün əsas məqamlarını təqdim edirik.