Вернуться назад Распечатать

ADSEA sədri Naxçıvan sakinlərinin su və kanalizasiya ilə bağlı müraciətlərini dinləyib-VİDEO

  Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov noyabrın 13-də Naxçıvan şəhərində vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarından olan sakinlərin suvarma suyu, içməli su təchizatı və kanalizasiya sistemləri ilə bağlı müraciətləri dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb.