Paytaxtın mərkəzi rayonlarından olan Yasamalda infrastruktur problemləri sakinlərin ciddi narazılığına səbəb olub. Milli Elmlər Akademiyasının qarşısında, Hüseyn Cavid prospektində piyada səkisinin çökməsi və yol kənarındakı daşların dağılması ictimaiyyətin və jurnalistlərin tənqid hədəfinə çevrilib. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətini və qurumun rəhbəri Elşad Həsənovu ərazidə təcili təmir-bərpa işləri aparmağa çağırır. Ətraflı süjetdə...