Вернуться назад Распечатать

Bakıdakı məşhur şadlıq saraylarının adları açıqlandı – Qonaqlara gizlicə camış əti və süni kürü veriblər-VİDEO

 Cari ilin yanvar–noyabr ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.

1xeber.media  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.