Yeni Yasamalda qalmaqallı tikinti ilə bağlı yeni detallar – Çıxarış təqdim olundu
Yeni Yasamalın Əsəd Əhmədov küçəsində aparılan tikinti ilə bağlı mübahisə davam edir. Tikinti ilə bağlı suallara cavab olaraq əraziyə dair çıxarış təqdim olunub.
1xeber.media-nın təqdim etdiyi videoda həm tikinti sahəsi, həm də çıxarışın görüntüsü yer alıb. Müzakirə olunan əsas sual isə budur: ərazidə aparılan işlər üçün tikintiyə icazə sənədi varmı?