Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lamın iştirakı ilə iki ölkə arasında Birgə Bəyanat qəbul olunub və bir sıra mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib. İmzalanan sənədlər təhlükəsizlik, dövlət idarəçiliyi və "yaşıl enerji" sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.