Вернуться назад Распечатать

Əli Kərimlinin üzünə belə durarlar: öz liderini satan Fuad Qəhrəmanlının QALMAQALLI DOSYESİ-VİDEO

 “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının tənqidlərinə sərt cavab verib.
1xeber.media xəbər verir ki, Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşdığı yazıda Qəhrəmanlının 1990-cı illərdəki fəaliyyətini, istintaqla əməkdaşlıq etməsi iddialarını və keçmiş ailə üzvləri ilə bağlı məqamları xatırladıb.
Rauf Arifoğlunun sözügedən paylaşımını olduğu kimi təqdim edirik:

Fuadın yolu bir zamanlar (1990-cı illər)  “Yeni Müsavat” qəzetindən keçib. Dostumuz Fazil Mustafa xahiş etmişdi, işə aldıq. O zaman da Əli Kərimli ilə dalaş içindəydik. Əli hakimiyyətlə işbirliyi içində çalışırdı, Elçibəyə və İsa Qəmbərə qarşıydı, iqtidaryönümlü deputat idi, tez-tez Səbayel prokurorluğuna deputat blankında bizdən şikayət edirdi. Polis də bizi tutub maşına qoyub aparırdı prokurorluğa. Orada bizdən izahat alıb buraxırdılar. Səbayelin prokuroru Tahir Lələkişi oğlu Kazımov hər dəfə bizə deyirdi ki, “Bu deputat bizi bezdirib. Siz bezmirsiniz? Yazmayın da bundan”.

Əli Kərimlidən (o zaman Kərimov idi soyadı), onun iqtidara satılmasından, Elçibəyə qarşı xəyanətlərindən gənc Fuad da çox yazıb.

İndi də yazır. Amma səngərin o tərəfində.

İstintaqla anlaşıb, Əli Kərimlinin üzünə durub, videoifadə verib və onu yola salıblar oppalara! Fransada siyasi mühacir və alovlu kərimovçu kimi fəaliyyət göstərir. İstintaqa “satdığı” liderini də möhkəm müdafiə edir.

İki gündür də mənim əleyhimə döşəyir.

Təqdim etdiyim bu yazıda ona və onun kimi “namuslu, ləyaqətli” kərimovçulara cavab verilib. İmkanı olanlar linki tıklasınlar, oradakı mətni, yazının içindəki linkləri və paylaşdığım videonu izləsinlər.

Görün, kim kimə “üzəduran” deyir. Baxın, kim kimə ləyaqət dərsi öyrədir. Öz qızları, həyat yoldaşı tərəfindən zorakılıqda, manyaklıqda suçlanan, içəri alınan kimi öz liderinə qarşı ifadə verən belə birisi gərək başını aşağı salıb səsini kəsə! Etik deyil deyə, başqa şeylər yazmıram. Əlimdə Fuadın olan-qalanını da bitirəcək elə şeylər var ki…

Bu paylaşımı da görk və dərs olsun deyə yazdım. Görün, bunlar nə gündədirlər…
QEYD: Videonun sonunda Fuad Qəhrəmanlı öz həyat yoldaşına (artıq keçmiş) Əli Kərimlini devirməklə bağlı planlarını anladır. Onun səsini yazan da, sonradan bu gizli lenti yayan da həyat yoldaşı Zümrüd Yağmurdu. Zümrüd xanım da Yeni Müsavatda işləyib, bir xeyli...
R. A.