Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun oğlu Lətif Bağırov və ailə üzvlərinin Avropadakı biznes şəbəkəsində ciddi ləğvetmə prosesi gedir. Böyük Britaniya, Çexiya, Kipr və Almaniyada fəaliyyət göstərən bir neçə şirkətin fəaliyyətinə xitam verilib, Şotlandiya məhkəməsi isə 5,25 milyon funt sterlinq borcu olan şirkət barəsində məcburi iflas qərarı çıxarıb