Вернуться назад Распечатать

Eldar Əzizovun oğlu Qaraçuxurda obyekt tikdirdi – Şəriki sabiq baş memarın oğludur-VİDEO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğlu Şamil Əzizovun paytaxtın Qaraçuxur qəsəbəsində inşa etdirdiyi yeni qeyri-yaşayış binasının istismarına icazə verilib. Araşdırma zamanı obyektin digər sifarişçisinin uzun illər Eldar Əzizovun tabeliyində baş memar işləmiş şəxsin oğlu olduğu, nazir müşaviri vəzifəsini tutan Şamil Əzizovun isə qanunvericiliyin tələblərinə zidd olaraq 3 şirkətə rəhbərlik etdiyi üzə çıxıb.