Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ciddi təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. İddiaya görə, “Kəpəz” MTK binanın damında layihədənkənar yeni mənzillər tikir və həmin əraziyə qanunsuz qaz xətti çəkir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sökülən tikintinin yenidən bərpa edildiyini təsdiqləyib, FHN isə məsuliyyəti binanın idarəedici təşkilatının üzərinə qoyub.Qafqazinfo