Tanınmış aparıcı Fira Cəlilovanın Novxanıdakı bağ evində baş verən hadisə ilə bağlı tərəflərin açıqlamaları bir-birini təkzib edir. Aparıcı evinə naməlum şəxslərin basqın etdiyini və 30 min manatlıq əşyaların oğurlandığını iddia etsə də, DİN həmin ünvanda axtarışda olan şəxsin saxlanıldığını açıqlayıb. Fira Cəlilova isə yeni video paylaşaraq nazirliyin bu məlumatını təkzib edib.