Yeni Yasamal ərazisində torpaq sahələrinin ayrılması və yolun üstündə tikilən obyektlərlə bağlı ciddi iddialar gündəmə gəlib. İctimai fəal Fimar Asimqızı sözügedən ərazidəki əmlakların BDU müəlliminə məxsus olduğunu və torpağın Qalina Mehdiyevanın tapşırığı ilə Yasamalın icra başçısı tərəfindən "hədiyyə" edildiyini bildirib. İcra başçısının belə bir səlahiyyəti varmı?