Şəriklər arasında qalmaqal böyüyür, iş artıq Ali Məhkəmədədir. İş adamı Nazim Hüseynov ortağı Əvəz İsmayılovla yaşadığı problemə görə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. Kanalımıza yeni səs yazıları təqdim edən şikayətçi bildirir ki, Çindən gətirilən avtomobil hissələri ilə bağlı qurulan biznesdə ona qarşı haqsızlıq edilib və o, bütün şahidlərin məhkəməyə çağırılmasını tələb edir.