Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. Bu bilgi gömrük generalının öz ifadəsində əksini tapıb.
Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub