Вернуться назад Распечатать

SON DƏQİQƏ-Bakıda vəzifəli şəxsin qızı faciəli şəkildə həlak oldu-VİDEO

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

Hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.