Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib.
O III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edəcək.
Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.