1xeber.media xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayev #COP29Azərbaycan çərçivəsində Kiçik Ada Dövlətləri Alyansının (AOSIS) koordinasiya iclasında iştirak edib.
Muxtar Babayev ölkəmizin COP29-a yüksək səviyyədə hazırlandığını qeyd edərək bildirib ki, #COP29 kiçik ada dövlətləri üçün daha davamlı və iqlimə uyğunlaşan gələcəyə doğru birlikdə işləmək üçün bütün maraqlı tərəflər üçün vacib platforma olacaq.