Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb. Ərazi bu axşam Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək.
1xeber.media AZƏRTAC-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev deyib.
Çox az işin qaldığını diqqətə çatdıran departament direktoru əlavə edib: “Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.