COP29 ərəfəsində “Maire Group”un BANM-da keçiriləcək müsabiqə ilə bağlı təqdimatı keçirilib.
1xeber.media xəbər verir ki, #SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) COP29 çərçivəsində “Enerji keçidi: Bəşəriyyətin Gələcəyi üçün Yeni Paradiqma” mövzusunda təqdimat keçirilib.
Tədbirdə “Maire Group”un nümayəndələri, COP 29 Azərbaycan Gənclər İqlim Çempionu Leyla Həsənova, İtaliyanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Rektor Elmar Qasımov və Leyla Həsənova çıxış edərək #COP 29-un əhəmiyyəti, #enerji keçidinin vacibliyi və bu sahədəki yeniliklərin önəmindən bəhs ediblər. O cümlədən, #ekoloji təşəbbüslərin inkişafında və müasir enerji həllərinin tətbiqində “Maire Group” ilə əməkdaşlığın vacibliyi vurğulanıb.
Öz növbəsində, “Maire Group”un Mərkəzi Asiya, Xəzər və Türkiyə regionu üzrə vitse-prezidenti Nikkolo Heilpern “Daha yaxşı enerji keçidi üçün həllər hansılardır? “ mövzusunda baş tutacaq müsabiqə ilə bağlı məlumat verib.
Qeyd olunub ki, müsabiqədə #BANM-ın bütün tələbələri komanda şəklində iştirak edə biləcəklər. Qaliblərə pul mükafatı veriləcək.