Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində təmsil olunacaq.
Bu barədəAzərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev iştirak edəcək.
Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.