1xeber.media xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda keçiriləcək İqlim Dəyişikliyi üzrə Ümumdünya Sammiti çərçivəsində bir sıra ikitərəfli danışıqlar aparacaq. Bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov Bakıda jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, ilk növbədə “böyük dostumuz” - Azərbaycan Prezidenti İlham Əliyevlə görüş planlaşdırılır:
Belarus lideri sammit çərçivəsində Asiya, Avropa, Afrika və Latın Amerikasından olan həmkarları ilə də görüşməyi planlaşdırır. Maksim Rıjenkov qeyd etdi:
— İkitərəfli gündəm və ilk növbədə, ticarət-iqtisadi əməkdaşlıq məsələləri işlənəcək. Əminəm ki, ABŞ-da keçirilən seçkiləri, Ukrayna münaqişəsinin həllinin mümkünlüyü ilə bağlı bütün dünyada fikirlərin müəyyən transformasiyasını nəzərə alaraq, həmsöhbətlərimiz Belarusun Ukrayna münaqişəsi ilə bağlı rəyi ilə də maraqlanacaqlar.