Bu gün COP29-un prezidenti Muxtar Babayev Azərbaycan Respublikası adından UNICEF ilə uşaqlar, gənclər və iqlim dəyişikliyi ilə bağlı bəyannamənin imzalandığını elan edib.
1xeber.media xəbər verir ki, bu barədə COP29 məlumat mərkəzindən bildirilib: "Bu bəyannamə Azərbaycanın uşaqlara və gənclərə xidmət edən iqlim prosesinə sadiqliyini gücləndirir, uşaqları və gəncləri ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək üçün gündəmimizin kəsişən hissəsinə çevirir. Digər 50 imzalayan ölkəyə qoşulmaqla biz uşaqlara və gənclərə olan öhdəliyimizi bir daha təsdiqləyirik, onların ambisiyaları artırmaq və fəaliyyətə imkan yaratmaq üçün gündəmimizin və vizyonumuzun ayrılmaz hissəsi olmasını təmin edirik"