Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Said” Biznes Məktəbi, eləcə də “Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə Mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.
Qeyd edək ki, “İqlim dəyişikliyi” müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1000-dən çox müraciət daxil olub.