Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, COP29-da müzakirə olunan məsələlərin böyük bloku səhiyyə sektoru ilə bağlıdır, çünki iqlim böhranı həm də sağlamlıq böhranıdır.
1xeber.media xəbər verir ki, bu barədə o, Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, proseslərin təhlili göstərir ki, pandemiya insan fəaliyyətindən asılıdır: “Əlimizdən gələni etsək, onların baş verməsinin qarşısını ala bilərik”.