Noyabrın 16-da Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.
1xeber.media xəbər verir ki, tədbirdə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti necə dəyişdirə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Dəyirmi masanın təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Beynəlxalq Telekommunikasiya İttifaqıdır (ITU).