Avropa Komissiyası (AK) enerji təhlükəsizliyi ilə bağlı verdiyi vədləri yerinə yetirməsə, Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının uzadılmasına veto qoymaq niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 31-də Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
“Əgər Avropa Komissiyası razılaşdığımızı etməsə, sanksiyalar aradan qaldırılacaq. İndi biz bu barədə qəti tonda danışmalıyıq, əks halda heç kim bizi ciddi qəbul etməyəcək və macar xalqı sanksiyalardan dəyən ziyanı, eləcə də ukraynalıların həyasız davranışlarının əvəzini ödəməyə davam edəcək”. Macarıstan Radio Kossuth-a müsahibəsində.
Orbanın sözlərinə görə, AK Macarıstana Ukraynaya Rusiya qazının Drujba kəməri ilə tranzitini bərpa etməyə və “Türk axını” qaz kəmərini hücumlardan qorumağa söz verib. Bunun müqabilində Budapeşt sanksiyaların uzadılmasına mane olmayıb.