Вернуться назад Распечатать

Trampla Netanyahunun görüşəcəyi tarix açıqlandı

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fevralın 4-də görüşün baş tutacağı təsdiqlənib.

1xeber.media bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

“Baş nazir Netanyahunun fevralın 4-də işgüzar səfər və prezidentlə görüş üçün burada olacağını təsdiq edə bilərəm”, - Ağ Ev nümayəndəsi bildirib.