"Tbilisi Mall" ticarət mərkəzinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı müxalif “Dəyişikliklər Uğrunda Koalisiya”nın lideri Nika Meliya və Tiflisin sabiq meri Gigi Uqulav polis tərəfindən saxlanılıb.
1xeber.media xəbər verir ki, bundan əlavə ən azı daha iki nəfərin saxlanıldığı bildirilir.
Aksiya zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, hadisəni lentə alan "Pirveli" telekanalının operatoru xəsarət alıb.