Ukrayna Silahlı Qüvvələri döyüşlər zamanı 45,1 min nəfər itirib, 390 minə yaxın yaralanma halı qeydə alınıb.
1xeber.media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
“Bizim itkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub, təxminən 390 min nəfər isə yaralanıb”, - o, bildirib.
Zelenski itkin düşənlərin və əsir düşənlərin sayı barədə məlumat verilmədiyini qeyd edib.
Rusiya ordusunun itkilərinə gəlincə, Zelenskinin sözlərinə görə, təxminən 350 min əsgər həlak olub, 600-700 min nəfər yaralanıb, 50-70 min nəfər isə itkin düşüb.