Вернуться назад Распечатать

Rusiya BMT-nin Ukrayna ilə bağlı iclasını tələb edir

Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) fevralın 17-də iclasının keçirilməsini istəyib.

1xeber.media  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.